Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 199 saylı, 15 fevral 2020-ci il tarixli 200 saylı və 16 fevral 2020-ci il tarixli 235 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Səfərova Günel Məhərrəm qızı, Musayev Elşad Nəbi oğlu və Qasımov Elnur Rafiq oğlu 2020-ci il fevralın 15-də, Rzayev Rəşad Rafiq oğlu 2020-ci il fevralın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 19/2 və 19/3 saylı, 14 fevral 2020-ci il tarixli 20/3 saylı qərarlarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 9 saylı Binəqədi seçki dairəsinin eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər G.M.Səfərova, E.N.Musayev, R.R.Rzayev və E.R.Qasımov müraciətlərində bildirmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 1, 2, 4, 5, 6, 8, 9, 12, 13, 14, 15, 21, 23, 24, 25, 26, 27, 28, 29, 31, 33, 35 və 37 saylı seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən bu say süni şəkildə artırılmış, müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər G.M.Səfərova və digərləri 9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən olunmadığından qeydə alınmış namizədlər G.M.Səfərova və digərlərinin müraciətləri əsassız olduğundan təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin 1, 2, 4, 5, 6, 8, 9, 12, 13, 14, 15, 21, 23, 24, 25, 26, 27, 28, 29, 33 və 37 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Belə ki, seçki dairəsinin 31 və 35 saylı seçki məntəqələri istisna olmaqla digər seçki məntəqələrində səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal səslərin sayılmasını müşahidə etmiş müşahidəçilər A.İ.Quliyeva, F.Ə.Kərimov, M.B.Quliyeva, M.E.Verdiyev, S.Ə.Yusifova, M.N.Babayeva, Z.O.İsmayılova, Q.M.Sultanova, A.Ə.Səfərova, D.İ.Abbasov, Ş.Təhməzov, M.L.Əliyeva, Ə.A.Baxşıyev, H.R.Süleymanova, A.Q.Abdullayeva, K.S.Quliyeva, R.B.Rzayeva, A.C.Qədirov, T.B.Yusubov, İ.E.Əmirova, O.Y.Niftullayev, A.R.İsmayılov, R.Ə.Mənsuri, K.Ə.Ələkbərova, E.A.İsmayılov, E.E.Bağırov, V.X.Rəhimov, S.C.Əliyeva, E.R.Əliyev, S.A.Aydınova, E.Abbasov, G.Abdullayeva, B.İbrahimov, İ.Abdurəhmanov, R.Ə.İbayev, A.M.Qarayev, A.H.Məmmədova, E.M.Məcidov, G.B.Məmmədova, S.H.Atayeva, S.T.Qasımov, R.G.İsgəndərova, L.M.Xubanova, M.M.Abbasov, G.Y.Mehdizadə, A.R.Əhmədova, F.R.Həsənli, A.A.İsmayılov, B.R.Muradlı, A.F.Qasımov, F.X.Xudaverdiyev, H.Ə.Babyev, N.A.Məmmədova, Ü.V.Yusubova, A.S.Cabbarlı, S.İ.Cəfərov, E.A.Məmmədov, S.C.Quliyev, M.Ə.Qayılova, F.Ç.Qulamov, Z.V.Məmmədov, R.M.Əhmədov, N.E.Məhərrəmova, R.İ.Həsənzadə, İ.B.Şirəliyev, S.Ə.Tağıyeva, T.V.Zeynalov, A.İ.İsayeva, X.Ə.Allahyarova, A.E.Şirinova, A.Ə.Abbasov, C.V.Ağayev, A.R.Abbasov, L.B.Kərimov, İ.R.İbadov, C.B.Qurbanov, Q.Z.Məmmədov, F.Ə.Babayev, X.Ə.Kərimzadə, N.Q.Həsənzadə, İ.F.Ağayev, Ş.Ə.Niyazov, E.R.Qurbanova, S.V.Məmmədov, A.V.Qasımov, B.N.Gözəlov, S.M.Ağayeva və K.S.Quliyevanın, 1 saylı məntəqə seçki komissiyasının sədri S.S.Hüseynov, 2 saylı məntəqə seçki komissiyasının sədri A.İ.Quliyeva, 4 saylı məntəqə seçki komissiyasının sədri V.Məmmədova, komissiyanın üzvü M.B.Quliyeva, 5 saylı məntəqə seçki komissiyasının sədri G.İ.Məmmədova, komissiyanın katibi N.A.Məmmədova, 6 saylı məntəqə seçki komissiyasının sədri Z.Əliyeva, komissiyanın üzvü T.V.Vəliyeva, 8 saylı məntəqə seçki komissiyasının katibi R.F.Məmmədov, 9 saylı məntəqə seçki komissiyasının sədri E.H.Həşimov, komissiyanın katibi N.S.Əliyeva, 12 saylı məntəqə seçki komissiyasının üzvləri A.M.Babayeva və B.T.Yaqubova, 13 saylı məntəqə seçki komissiyasının sədri Z.S.Babayeva, komissiyanın katibi T.L.Vəliyeva, 14 saylı məntəqə seçki komissiyasının sədri M.N.Babayev, komissiyanın katibi N.R.Abasov, 15 saylı məntəqə seçki komissiyasının sədri S.Ş.Məmmədov, 21 saylı məntəqə seçki komissiyasının sədri İ.M.Əliyeva, 23 saylı məntəqə seçki komissiyasının sədri Ə.Y.Kərimov, 24 saylı məntəqə seçki komissiyasının sədri S.R.Həsənov, komissiyanın katibi T.F.Əliyev, 24 saylı məntəqə seçki komissiyasının sədri M.Y.Nəsrullayeva, komissiyanın katibi Ş.Ə.Cəfərbəyova, 26 saylı məntəqə seçki komissiyasının sədri Ş.Təhməzova, komissiyanın katibi D.Abbasov, 27 saylı məntəqə seçki komissiyasının sədri F.R.Albabayev, 28 saylı məntəqə seçki komissiyasının sədri L.M.Mikayılova, 29 saylı məntəqə seçki komissiyasının sədri Q.M.Sultanova, komissiyanın katibi A.Ə.Səfərova, 33 saylı məntəqə seçki komissiyasının sədri S.Ə.Yusifova və komissiyanın katibi F.Kərimovun verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunur.

Həmçinin, verilmiş izahatlar və əlavə edilmiş sənədlərdən görünür ki, səsvermə günü bir çox seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələbləri pozulmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmamışdır.

Sosial şəbəkələr vasitəsilə paylaşılan və şikayətçilərin araşdırmaya təqdim etdikləri videogörüntülər araşdırılarkən müəyyən edilmişdir ki, 31 və 35 saylı seçki məntəqələri üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmış, beləliklə də 9 saylı Binəqədi ikinci seçki dairəsinin həmin seçki məntəqələri üzrə göstərilən hallar öz təsdiqini tapdığından şikayətlərin qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Səfərova Günel Məhərrəm qızı və digərlərinin müraciətləri qismən təmin olunsun, həmin seçki dairəsinin 31 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. 9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 19/2 və 19/3 saylı, 14 fevral 2020-ci il tarixli 20/3 saylı qərarları 31 və 35 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin