Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 3 yanvar 2020-ci il tarixli 5 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlu 3 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək deputatlığa namizədliyinin qeydə alınmasından imtinaya dair 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 3 yanvar 2020-ci il tarixli 3/9 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilərək namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin araşdırılmasına xitam verilməsinə dair rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciətin araşdırılması müddəti Mərkəzi Seçki Komissiyasının 6 yanvar 2020-ci il tarixli qərarı ilə 3 gün müddətinə uzadılmışdır.

2020-ci il yanvarın 9-da 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin müraciətin araşdırılmasına xitam verilməsini xahiş etmişdir.

Ərizə şəxsən şikayətçi O.X.Humayzadə tərəfindən yazılıb imzalandığına və onun iradəsini ifadə etdiyinə görə təmin edilməli və muraciətin araşdırılmasına xitam verilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlunun 3 yanvar 2020-ci il tarixli 5 saylı müraciətinin araşdırılmasına xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin