İDMAN


2020-ci ildə 44-cü Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

2020-ci ildə keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasına Rusiyanın Xantı-Mansiysk şəhəri ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən Baş Assambleyasında qəbul olunub.

İclasda 44-cü Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün Rusiya ilə yanaşı, Argentina və Slovakiya da namizədliyini irəli sürüb. Müzakirələrdən sonra FIDE üstünlüyü Rusiyanın şəhərinə verib.

Xatırladaq ki, 43-cü Ümumdünya Şahmat Olimpiadası 2018-ci ildə Batumidə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.