İDMAN


2020-ci ildə Ümumdünya Şahmat Olimpiadası “Kainatı birləşdirək” devizi altında keçiriləcək

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

2020-ci ildə Ümumdünya Şahmat Olimpiadası Xantı-Mansiyskdə keçiriləcək.

Bu haqda qərar Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasının Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə eyni vaxtda keçirilmiş iclasında qəbul edilib.

Xatırladaq ki, Xantı-Mansiyskdə mahalı artıq ikinci dəfə bu cür genişmiqyaslı şahmat yarışlarına ev sahibliyi edəcək. 2010-cu ildə burada keçirilən Olimpiadaya dünyanın 149 ölkəsinin şahmatçıları gəlmişdi.

2020-ci il Olimpiadası mahalın paytaxtı Yuqrada “Kainatı birləşdirək” devizi altında keçiriləcək. Regionun rəhbəri Natalya Komarova bu barədə Xantı-Mansiyskin “Şahmat Məkkəsi” adına iddiaçı kimi təqdimatı mərasimində məlumat verib.

Xatırladaq ki, şahmat olimpiadaları iki ildə bir dəfə keçirilir.

Növbəti olimpiada 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.