DÜNYA


2020-ci ilə dünyada istifadədə olan smartfonların sayı 50 faiz artacaq

Bakı, 18 yanvar, AZƏRTAC

Dörd il sonra dünyada istifadədə olan smartfonların sayı 50 faiz artacaq. “IHS Markit” analitik şirkətinin proqnozuna görə, həmin bazarın həcmi 355 milyard dollar məbləğində olacaq.

Hazırda internetə çıxışa malik qlobal “ağıllı” istehlak elektronikası bazarının 60 faizdən çox hissəsi smartfon və planşetlərin payına düşür. 2020-ci ilə dünyada smartfonların sayı 6 milyarda bərabər olacaq.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, smartfonlar internetə çıxışa malik ən mühüm “ağıllı” qurğu kimi fərdi kompüteri əvəz edib.

Analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada istehlakçıların mobil proqramlara xərci 54 milyard dollar təşkil edib. 2020-ci ilə bu göstərici 74 milyard dollaradək yüksələcək. Afrika, Yaxın Şərq və Latın Amerikası belə proqram təminatının sürətlə inkişaf edən satış bazarlarına çevriləcək.

Araşdırmada qeyd olunur ki, yeni proqramlar, mobil ödənişlər və xidmətlər üçün geniş imkanlar mövcuddur. İstehlak xərclərinin 50 faizinə sahib olan Asiya proqram bazarı liderliyini saxlayacaq.

Analitiklər ödəmə xidmətləri və messencerlərdən əldə olunan gəlirin sabit artımını proqnozlaşdırıblar. Proqnoza görə, 4 il sonra alış-verişi nağdsız üsulla ödəmək imkanını dəstəkləyən smartfonların sayı 5 milyardı ötəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.