DÜNYA


2020-ci ilə kimi mobil proqram tərtibatçıları 189 milyard dollar qazanacaq

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

“App Annie” şirkətinin mobil tətbiqlərin pula çevrilməsi haqqında hesabatına əsasən, 2020-ci ilə kimi tərtibatçıların proqram həllərindən gəliri 270 faiz artaraq 189 milyard dollar təşkil edəcək. 2015-ci ildə bu göstərici 70 milyard dollar olub. Son illərdə mobil proqramlardan istifadə vaxtının iki dəfədən çox artması, həmçinin inkişaf etməkdə olan ölkələrdə smartfon və mobil proqramların sayının artması belə yüksək artımı təmin edib.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “App Annie” əməkdaşlarının fikrincə, "Media və Video" proqramlarında keçirilmiş vaxt 212 faiz artıb. Bununla əlaqədar mütəxəssislər belə düşünürlər ki, tezliklə bu kateqoriyaya aid proqramlar populyarlığa görə oyunları geridə qoyacaq. Məlumata əsasən, “WhatsApp” və “Facebook” kimi messencer və sosial şəbəkə proqramları istifadəçilərin uzunmüddətli cəlb edilməsi sayəsində ən yüksək nəticə göstərib.

Yükləmələrin sayına görə “Android” mobil əməliyyat sistemi birinci yeri tutur. Ancaq “iOS” sistemi gəlir üzrə liderdir.

Hesabata əsasən, dünyada ən böyük smartfon bazarı olan Çinin sayəsində Asiya-Sakit okean regionu gəlirin həcminə görə liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.