DÜNYA


2020-ci ilə virtual reallıq texnologiyalarına 11 milyard dollar xərclənəcək

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Analitiklərin proqnozuna görə, bir neçə il sonra istehlakçılar virtual reallıq texnologiyalarına 11 milyarddan çox ABŞ dolları xərcləyəcəklər.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “IHS Markit” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə istehlakçılar virtual reallıq cihazlarına və bu texnologiyaların tətbiqinə əsaslanan əyləncələrə müvafiq olaraq 1,6 milyard və 310 milyon dollar xərcləyə bilərlər. 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 7,9 və 3,3 milyard dollar təşkil edəcək. Hesablamalara görə, dünyada istifadə edilən virtual reallıq qurğularının sayı 4 milyondan (2015) 81 milyonadək (2020) artacaq.

Analitiklər hesab edirlər ki, şlem və virtual reallıq eynəyi bazarı iki kateqoriyaya bölünəcək: birinci kateqoriyaya kiçik həcmdə buraxılan “Facebook Oculus Rift” kimi birinci dərəcəli modellər, ikinciyə isə öz ekranı olmayan və smartfonla birgə işləyən kütləvi və ucuz cihazlar aid edilir.

Analitik şirkətin proqnozuna əsasən, 2016-cı ildə smartfonlar əsasında işləyən virtual reallıq cihazları dünyada istifadə edilən virtual reallıq cihazlarının 87 faizini təşkil edəcək.

2016-cı ildə virtual reallıq qurğuları bazarının lideri “Samsung Gear VR” modeli olacaq. “IHS” analitik şirkəti hesab edir ki, 2016-cı ildə bu cihazların ümumi sayı 5,4 milyon təşkil edəcək. Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu yaxınlarda təqdim edilmiş ucuz “Google Daydream View” virtual reallıq modeli tədricən “Samsung”un lider mövqeyini məhv edərək 2019-cu ilə bazarda ən populyar virtual reallıq qurğusu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.