ELM VƏ TƏHSİL


2020-ci ilədək kompüter bazarında azalma proqnozlaşdırılır

A+ A

Bakı, 3 dekabr, AZƏRTAC

Bu il qlobal fərdi kompüter tədarükünün həcmi əvvəl güman edildiyi qədər azalmayacaq.

AZƏRTAC xəbər verir ki, “IDC” şirkətinin analitikləri proqnozu yenidən nəzərdən keçiriblər. Onlar masaüstü kompüter və noutbukların ümumi tədarük həcmini 258,2 milyon səviyyəsində proqnozlaşdırıblar ki, bu da 2015-ci illə müqayisədə 6,4 faiz azdır. Bu tədarük həcminin 103,5 milyonu və ya 40,1 faizi masaüstü kompüter sinfinə aid olacaq, yığcam kompüterlərin payı isə 59,9 faiz və ya 154,7 milyon təşkil edəcək. 2016-cı ildə inkişaf etmiş ölkələrin bazarına, ümumilikdə 126,1 milyon fərdi kompüter tədarük olunacaq, inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 132,1 milyon təşkil edəcək.

Analitiklər proqnoza düzəliş səbəbini üçüncü rübün nəticəsi ilə izah ediblər. Cari ilin iyul-sentyabr aylarında fərdi kompüter tədarükünün 4,6 faizlik azalması qeydə alınıb ki, bu da gözləntiləri 2 faiz ötüb. Onlar 2017-ci ildə fərdi kompüter tədarükünün 2,1 faiz səviyyəsində azalmasını proqnozlaşdırırlar. Gözləntilərə görə, gələn il bazara 154,6 milyon noutbuk və 98,2 milyon masaüstü kompüter tədarük ediləcək.

Yaxın gələcəkdə sabitləşmə tendensiyası saxlanılacaq və 2018-ci ildə biznes istifadəçiləri üçün fərdi kompüter qurğuları üzrə cüzi artım gözlənilir. Artıq cari ildə korporativ sinfə aid noutbuklar üzrə artım proqnozlaşdırılır və 2019-cu ildə bu kateqoriya üzrə artım tempi 3,7 faiz olacaq. 2018-ci ildə biznes masaüstü kompüterlər seqmentində sıfır artım proqnozlaşdırılır. 2020-ci ilədək isə istehlak noutbukları və masaüstü kompüterlərin tədarük həcmi azalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.