DÜNYA


2025-ci ilədək avtomobillərin təxminən 30 faizinə biometrik texnologiyalar tətbiq olunacaq

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Biometrik texnologiyalar sahəsində nailiyyətlər sürücülük təcrübəsi, avtomobillərin təhlükəsizliyi və rahatlığı anlayışlarını radikal şəkildə dəyişir.

“Frost & Sullivan” şirkətinin proqnozlarına görə, 2025-ci ilə kimi avtomobillərin təxminən 30 faizinə biometrik texnologiyalar tətbiq olunacaq. Belə ki, gələcəkdə sərnişin avtomobilləri barmaq izləri və gözün qüzehi qişasının skan edilməsi, eləcə də səs və jestlərin tanınması texnologiyası ilə təchiz olunacaq.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, yeni nəsil avtomobillərə, həmçinin ürək döyüntüsü, beyin dalğaları, yorğunluq, stress və nəbz simptomlarının monitorinqi texnologiyası tətbiq ediləcək.

Bundan başqa, texnologiya epilepsiya xəstəliyindən əziyyət çəkən insanlara epileptik tutmaları qabaqcadan bilməyə imkan verəcək. Biometrik texnologiyalar yuxu və sərxoşluq əlamətlərini də aşkarlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.