CƏMİYYƏT


2025-ci ilədək yaşı 60-ı ötən insanların sayı iki dəfə artacaq

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Ahıl insanların sayı dünyada artır, lakin onlara göstərilən münasibəti nadir halda hörmətli adlandırmaq olar. Dünya Səhiyyə Təşkilatı (DST) keçirdiyi sorğunun nəticələrini Beynəlxalq Ahıllar Günü ərəfəsində dərc edib. Sorğuda 57 ölkədən 83 min adam iştirak edib.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, respondentlərin 60 faizi etiraf edib ki, yaşlı nəslə, bir qayda olaraq, hörmət bəslənilmir. Bu, yüksək gəlir səviyyəsi olan ölkələrdə daha kəskin şəkildə özünü göstərir.

DST-nin nümayəndəsi Con Bird qeyd edir ki, qocalara münasibətdə stereotiplər son dərəcə geniş yayılıb, lakin çoxları bu barədə hətta fikirləşmir. “Bu gün irqi və ya cinsi mənsubiyyətə görə diskriminasiya qəbuledilməzdir, lakin yaşa görə diskriminasiya normal hesab olunur. İnsanlar bu gün bunu dərk etməyə başlayıblar, lakin problemin miqyasını axıradək başa düşmürlər”, - deyə Con Bird qeyd edib.

Ahıl insanlara etinasız münasibət ruhunda tərbiyə almış yaşlı nəslin nümayəndələri çox vaxt özlərinin də üstündən “qələm çəkmiş olurlar”. Tədqiqat nəticəsində aşkar edilib ki, bu cür insanlar xəstəliyin öhdəsindən daha pis gəlir və qocalmaya nikbin yanaşan adamlardan 7,5 il az yaşayırlar.

Proqnozlara görə, 2025-ci ilədək yaşı 60-ı ötən insanların sayı iki dəfə artacaq, əsrin ortasına qədər isə iki milyarda çatacaq. Bu faktlar insanlar arasında sağlam qocalma hallarının artmasını təsdiqləyir ki, bu da cəmiyyət üçün faydalı ola bilər.

İnsanların diqqətini qocalma probleminə yönəltmək məqsədilə oktyabrın 1-də BMT Beynəlxalq Ahıllar Gününü qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.