DÜNYA


2030-cu ildən Almaniyada neft məhsulları ilə işləyən avtomobillər qadağan ediləcək

A+ A

Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Almaniya Federal Şurasının növbəti iclasında 2030-cu ildən sonra ölkədə neft məhsulları ilə işləyən avtomobillərin istifadəsinin qadağan ediləcəyi bildirilib.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, hazırda Almaniyada dizel, benzin və mayeləşdirilmiş neft qazı (LPG) kimi fərqli yanacaq növlərinin istifadəsinə icazə verilsə də, 2030-cu ilə qədər mərhələli şəkildə bu yanacaq növlərinin istehlakı azaldılacaq. 2030-cu ildən sonra isə təkcə hidrogen və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinə icazə veriləcək.

Qeyd edək ki, Norveçdə isə 2025-ci ildən etibarən neft məhsulları ilə işləyən avtomobillərdən istifadəyə icazə verilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.