İQTİSADİYYAT


2040-cı ilədək qlobal miqyasda təbii enerji mənbələrinə 23 trilyon dollar investisiya yatırılacaq

A+ A

Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC 

2040-cı ilə qədər qlobal miqyasda təbii enerji mənbələrinə 23 trilyon dollar investisiya yatırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Hesabata görə, qarşıdakı 23 ildə yeraltı sərvətləri üçün qlobal miqyasda aparılan mübarizə daha da artacaq.

Neft və təbii qazın axtarışı ilə hasilatına 2040-cı ilədək 17 trilyon 489 milyard dollar sərmayə qoyulacağı proqnozlaşdırılır. Bundan başqa, neft və təbii qazın nəql edilməsinə ümumilikdə 4 trilyon 64 milyard dollar sərf olunacaq. Həmin xərclərin 3 trilyon 19 milyard dolları təbii qazın, 1 trilyon 45 milyard dolları isə neftin nəqlinə istifadə ediləcək.

Qlobal miqyasda neft emalı zavodlarına isə bütövlükdə 1 trilyon 283 milyard dollar xərclənəcək. Neft ixrac edən ölkələr zavod işləri üçün ümumilikdə 369 milyard dollar sərf edəcək. Həmin dövrdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələr tərəfindən neft emalı zavodları üzrə fəaliyyətlərə 914 milyard dollar sərmayə yatırılacaq.

2040-cı ilə qədər kömür ehtiyatlarına 1 trilyon 135 milyard dollar investisiya qoyulması gözlənilir. Kömürün daşınması, ötürülməsi və digər mərhələləri üçün isə 280 milyard dollardan çox xərc çəkiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.