|
1402-ci il. Əmir Teymurun və Osmanlı Sultanı I Bəyazidin başçılıq etdikləri ordular arasında Ankara döyüşü baş verib. Döyüşdə məğlub olan I Bəyazid əsir düşsə də, Teymur ona böyük ehtiram göstərib. Ankara döyüşündə məğlubiyyət İstanbulu fəth etməyə hazırlaşan türklərin bu istəyinin reallaşmasını 50 il gecikdirib. |
|
1924-cü il. Beynəlxalq Şahmat Federasiyası – FİDE yaradılıb. Demokratik prinsiplər əsasında təsis olunan FİDE qeyri-siyasi təşkilatdır. FİDE milli şahmat federasiyalarını birləşdirir və dünya şahmatçılarına rəhbərlik edir. Federasiyanın təsis edildiyi gün – iyulun 20-si dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. |
|
1974-cü il. Kiprdə Prezident Makariosa qarşı təşkil edilən dövlət çevrilişindən sonra Türkiyə ordusu adaya yeridilib. |
|
2015-ci il. Amerika Birləşmiş Ştatları və Kuba yarım əsrdən sonra diplomatik münasibətləri bərpa edib. |