QAN YADDAŞI


20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə milli birlik rəmzi kimi daxil olub

Bakı, 20 yanvar, Nihad Budaqov, AZƏRTAC

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə milli birlik və xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq rəmzi kimi daxil olub.

Bu sözləri 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələn Qarabağ qazisi Solmaz Əliyeva AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, 1990-cı ilin Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğullarının adları Azərbaycan tarixinə əbədi həkk olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.