Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar faciəsi - xalqımızın azadlıq arzularına qarşı törədilən qəsd

Ağsu, 20 yanvar, AZƏRTAC

Minlərlə ağsulu yanvarın 20-də səhər saatlarında şəhərdəki Qəhrəmanlıq kompleksinə, oradan isə şəhid məzarlığına gələrək iyirmi yeddi il əvvəl sovet imperiyası hərbi hissələrinin Bakıda törətdiyi qətliamı yad ediblər. Qərənfillərlə örtülən xatirə kompleksi və şəhid məzarları insanların vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedənlərin xatirəsinə dərin ehtiramının təcəssümü idi.

AZƏRTAC xəbər verir ki, izdihamlı mərasimdəki çıxışlarda yanvarın 19-dan 20-nə keçən gecə dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların və qocaların gülləbaran edilmələrinin Azərbaycan tarixinin qanla yazılan səhifələrindən olduğu vurğulanıb.

Qanlı faciəni bir daha yad edən çıxışçılar hələ o vaxt Moskvada ikən həyatını təhlükəyə qoyaraq bu hadisələrə ilk siyasi qiymət verən ulu öndər Heydər Əliyevin cəsarətli bəyanatından danışıblar. Bildiriblər ki, Ümummilli Liderimiz keçirdiyi mətbuat konfransında bu terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırıb.

Həmin gün rayon mədəniyyət sarayında 20 Yanvara həsr edilən sənədli film göstərilib, “Şəhid ruhlar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

x x x

Şamaxıda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri 20 Yanvar hüzn gününü izdihamlı mərasimlə qeyd ediblər.

Səhər saatlarında mərasim iştirakçıları şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Çıxışlarda vurğulanıb ki, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. Bu gün hər birimiz Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunur.

Ziyarətə gələn izdiham məzarları təzə-tər çiçəklərə bürüyüb, abidənin önünə əklillər düzüblər.

Rayon rəhbərləri Qanlı Yanvar faciəsində şəhid olan Vidadi Məmmədovun və Ağanəzər İsrayılovun məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə birlikdə ehsan süfrəsində iştirak edib, qayğıları ilə maraqlanıblar.

x x x

Kürdəmir rayonunda 20 Yanvar faciəsinin iyirimi yeddinci ildönümü qeyd edilib.

Səhər saatlarında rayon rəhbərləri, ictimaiyyətin çoxsaylı nümayəndələri ilk öncə ötən il aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə gül dəstəsi qoyublar.

Sonra tədbir iştirakçıları 20 Yanvar parkında “Ana harayı” abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Burada məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr edilən əbədi-bədii kompozisiya nümayiş etdirilib, şagirdlərin əl işlərindən ibarət rəsm və kitab sərgisinə baxış olub.

İzdiham Şəhidlər xiyabanında ucaldılan “Şəhidlər” abidəsini, şəhidlərin uyuduğu məzarları ziyarət edərək üzərinə çiçəklər qoyub.

Mərasim iştirakçıları, sonra aprelin döyüşlərində qəhrəmancasına şəhid olan Sığırlı kənd sakini, Azərbaycan Ordusunun giziri Tural Qurbanovun, habelə rayon ərazisində olan digər şəhidlərin məzarlarını ziyarət ediblər.

x x x

İsmayıllıda yanvarın 20-də səhər mədəniyyət mərkəzinin yanındakı monitorda 20 Yanvar faciəsini əks etdirən, çoxsaylı tamaşaçının izlədiyi filmlərin nümayişi ilə açılıb.

Mərkəzi meydana toplaşan böyük izdiham saat 10-dan başlayaraq axın-axın Şəhidlər xiyabanını ziyarətə gəlib. Burada şəhidlərin xatirəsinə xütbə oxunub, dua verilib.

Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, Vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda şəhid olanları ehtiramla yad ediblər.

Şəhidlər xiyabanını ziyarətdən sonra mədəniyyət mərkəzində “20 Yanvar - Qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirib.

Həmin gün rayon icra hakimiyyətinin rəhbərliyi şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb