Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

20 Yanvar faciəsi rənglərin işığında

Bakı, 21 yanvar, AZƏRTAC

Zəngin ənənələrə malik Azərbaycan təsviri və tətbiqi sənətində xalqımızın çoxəsrlik tarixi ilə bağlı hadisələrə “bədii güzgü” tutulmaqla, zaman-zaman yaşananların gələcək nəsillərə ötürülməsi istiqamətində çox önəmli işlər görülmüşdür. Bu ənənə öz əksini ilk dəfə Azərbaycan rəssamlığında XX əsrin əvvəllərində - görkəmli fırça ustası Bəhruz bəy Kəngərlinin (1892-1922) yaradıcılığında tapmış və onun çəkdiyi “Qaçqınlar” qrafik silsiləsi erməni təcavüzünün izlərini özündə yaşadan ifşaedici bədii-tarixi sənət nümunələrinə çevrilmişdir. Rəssamın zamanında öz müasirlərini - qaçqın soydaşlarını əks etdirən silsilə portretlərinin bu gün artıq təkzibolunmaz ittiham qaynağına çevrildiyi danılmazdır.

Azərbaycan təsviri sənət ustalarının müasir nəsli də 1990-cı ilin 20 Yanvarında yaşanan faciəyə biganə qalmamış və ötən illər ərzində bu mövzuda yaddaqalan təsviri və tətbiqi sənət əsərləri yaratmağa nail olmuşlar.

Ötən əsrin səksəninci illərində mübarizlik iradəsini mitinqlərdən başlayıb 1990-cı ilin yanvardakı qanlı hadisələrdə ifadə edən, daha sonra torpaqlarımızın müdafiəsinə qalxan xalqımızın mübarizəsinə - Qarabağ probleminə sənətkarlarımızın bədii münasibəti heç şübhəsiz, ilk növbədə, onların yaşadıqları dövrün aynası olmaq istəyindən irəli gəlmişdi. Belə ki, hadisələrin bilavasitə iştirakçısı olan, torpaq uğrunda gedən ölüm-dirim mübarizəsinə şahidlik edən sənətkarların rəngə və cizgiyə, eləcə də daşa, mərmərə və tunca köçürdüklərində başqalarında baş verənlərə inam yaradacaq bədii-mənəvi güc daha etibarlı olur...

Bu mənada bu gün Bakıda və respublikanın bölgələrində ucaldılan abidələri, muzey və qalereyaların ekspozisiyalarını bəzəyən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini 20 Yanvar faciəsinin dəhşətlərini özündə yaşadan, gələcək nəsillərin öz tarixinə bələdçiliyinə kömək edəcək çox qiymətli qaynaq hesab etmək olar. Onların sırasında Əyyub Hüseynov, Kamil Nəcəfzadə, Sara Manafova, Rasim Babayev, Nazim Rəhmanov, Eyyub Məmmədov, Vaqif Ucatay, İlham Ənvəroğlu, Tünzalə Məmmədzadə, Eyzam Şıxəliyev, Nəvai Metin (rəngkarlıq əsərləri), Arif Hüseynov, Fəxrəddin Məmmədvəliyev, Həşim Elçiyev, Kirman Abdin, Etibar Aslanov, Arif Həsənov, Qafar Sarıvəlli, İsmayıl Əvəzov (qrafika nümunələri), Fuad Salayev, Xanlar Əhmədov, Səid Rüstəm, Arif Qazıyev, Fəxrəddin Əliyev, Cavanşir Dadaşov, Azad Əliyev, İbrahim Həsənov, Sahib Quliyev (heykəltəraşlıq əsərləri), Adil Şıxəliyev, Rauf Əbdülhüseynoğlu və Fəxrəddin Əliyevin (dekorativ-tətbiqi sənət nümunələri) yaratdıqları əsərlərin yüksək bədii-estetik dəyərə malik olduğunu vurğulamaq lazımdır. Əlavə edək ki, Qarabağ mövzusu Rusiya Federasiyasında yaşayan Qüdrət Qurbanov, Rəhman Şıxəliyev və Əsgər Məmmədovun, təhsil sonrası taleyini Belarus Respublikası ilə bağlayan Kamil Kamalın, Almaniyada çalışan Əşrəf Heybətovun və Türkiyədə yaşayıb-yaradan çoxsaylı azərbaycanlı rəssamların da son illər yaradıcılığında davamlı yer tutmaqdadır...

Xalq rəssamı Kamil Nəcəfzadənin (1929-2011) “20 Yanvar” rəngkarlıq tablosunu bu mövzuda çəkilmiş ən tutumlu əsər saymaq olar. Etiraf edək ki, tanınmış fırça ustası yaratdığı maraqlı kompozisiyanın sayəsində həm faciənin baiskarlarını, həm də Azərbaycan xalqının bu səbəbkarlara yönələn sonsuz nifrətini göstərə bilmişdir. Qana bələnmiş şəhidlərin meyitləri üzərində təqdim olunan Bakının qış səhəri kifayət qədər təzadlı durumdadır. Belə ki, onun sol yuxarı hissəsini qarğa-quzğunla əhatələnmiş, Bakıya qoşun yeridilməsi əmrini vermiş ölkə rəhbəri M.Qorbaçov, sağ yuxarı tərəfində isə o dövrdə baiskarları öz müraciəti ilə ittiham etməkdən çəkinməyən bütün Qafqazın şeyxülislamı Allahşükür Paşazadə təsvir olunmuşdur... Onun digər əsərində isə faciənin baiskarı ayrıca qınaq obyektinə çevrilmişdir. Əsər üçün kifayət qədər obrazlı həll tapan rəssam, qan fonunda təqdim olunan M.Qorbaçovun portretini insan kəllələrindən, xalq ittihamının göstəricisi olan kəndiri isə insan sümüklərindən və kəllədən “hörməklə”, kompozisiyanın təsirliliyinə nail olmuşdur...

Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) “Bakıda 20 Yanvar faciəsi” (1997) tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu çoxfiqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış ən yaxşı əsərlərdən sayılır. Rəssam şəhərin gecə mənzərəsi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadı ilə, cəlbedici və təsirli tutumda ifadə etməyi bacarıb.

Tanınmış fırça ustası Sara Manafovanın (1932-2007) çəkdiyi “Qara güllər” əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Onun bəyaz stulun üzərində görüntüyə gətirdiyi bir neçə qara gül şəhidlərin ruhuna ucalan ağı kimi qəbul olunur.

Əməkdar İncəsənət Xadimi Eyyub Məmmədov (1921-1994) isə şahidi olduğu qanlı olaylara bədii münasibətini “Qanlı şənbə günü”, “Komendant saatı” və “Hədəf” tablolarından ibarət “Yanvar hadisələri” adlı triptixində ifadə etmişdir. Bu üç əsərdə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş hadisələrin mənəvi-psixoloji tutumunu təşkil edən ittiham hissi qabarıq duyulmaqdadır.

Rəngkar Eyzam Şıxəliyevin “Faciə” əsərində də Yanvar gecəsinin ağrıları yaddaqalan bədii həllini tapmışdır. Dinc əhaliyə yönəldilmiş yağı süngüləri altında qalaqlanan çoxsaylı şəhid cəsədləri yaşanan gecənin dəhşətlərini bütün reallığı ilə əks etdirir.

İstedadlı rəngkar İlham Ənvəroğlunun “Xeyir və Şər” əsərində isə qanlı gecəyə bədii-fəlsəfi tutum verilməklə, həm də kompozisiyanın düşündürücülüyünə nail olunmuşdur.

Tünzalə Məmmədzadənin ipək üzərində çəkdiyi “Fəryad” əsərində bir neçə butanın ifadəli forması ilə faciənin yaşantıları şərti-rəmzi həllini tapıb. Kompozisiyanın ağ-qara koloriti də mövzunun açımını əyaniləşdirməkdə inandırıcı vasitədir, desək, yanılmarıq.

Gənc rəssam İsmayıl Əvəzovun yığcam detallı “Bakı faciəsi” adlı qrafik lövhəsində qaranlıq gecədə insanları haraylayan qanlı əllərin tamaşaçıda yaratdığı bədii-psixoloji təsir çox güclüdür.

Plakat ustası Kirman Abdinin yaradıcılığında 20 Yanvar mövzusu geniş yer tutur. Bir neçə il bundan əvvəl o, həmin əsərlərini metronun “20 Yanvar” stansiyasının içərisində sərgi şəklində ictimaiyyətə təqdim edib. Həmin ekspozisiyanın yaddaqalan təsiri bu gün də xatırlanmaqdadır.

Arif Həsənov və Etibar Aslanovun kompüter qrafikası nümunələrində də 20 Yanvar faciəsinə rənglərin və cizgilərin vəhdətindən yaranan münasibət yaddaqalandır.

Tətbiqi sənət ustalarından Fəxrəddin Əliyevin iriölçülü “20 yanvar” xalçası, Adil Şıxəliyevin “Qara Yanvar” qobeleni, Rauf Əbdülhüseynoğlunun “Faciə gecəsi” haqqında söz açdığımız mövzunun dekorativ-şərti ifadəsi baxımından diqqət çəkir.

Heykəltəraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltəraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş qanlı hadisənin ittihamedici obrazlı-şərti həlli tapılmışdır. Bakının Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılan abidədə də (müəllifi İbrahim Həsənov) xalqımıza xas mübarizlik ruhu qabarıq və yaddaqalan monumental biçimdə öz həllini tapmışdır.

Faciədə həlak olanların xatirəsinə ucaldılmış ümumiləşdirilmiş abidə isə paytaxtın “20 Yanvar” meydanında yerləşir. Bu əsərdə şənbə gecəsi törədilən qanlı cinayətə qarşı dinc əhalinin etirazı yaddaqalan plastik tutumda ifadə olunub. Çoxfiqurlu tunc kompozisiyanın müəllifləri Azad Əliyev və Cavanşir Dadaşovdur.

Əməkdar Rəssam Arif Qazıyevin “Fəryad” və “Şəhid anası”, Xalq Rəssamı Fuad Salayevin “Qıl körpüsü”, Məmməd Rəşidovun “Daşın göz yaşları” və s. heykəltəraşlıq nümunələrində də faciəyə tutulan plastik güzgü cəlbedici və yaddaqalandır.

Azərbaycan təsviri sənətinin müasir mərhələsinin inkişafına öz yaradıcılıqları ilə xidmət edən sənətkarlarımızın müxtəlif nəsillərinin üzərinə əlavə yaradıcı və mənəvi bir yük düşüb. Bu da onların yaşadıqları zamanın, tuş gəldikləri hadisələrin bədii salnaməsini yaratmaqla, onu bədii-tarixi sənədə çevirib gələcək nəsillərə ötürməkdir. Onların rəngdə, cizgidə və tuncda əbədiləşdirdikləri 20 Yanvar faciəsi motivləri nə qədər təzadlı olsalar da, xalqımızın torpaq uğrunda mübarizliyini və əzmkarlığını nümayiş etdirən, gələcək nəsillərimizin əlində düşmənə qarşı amansız silaha çevrilən sənət əsərləridir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı