QAN YADDAŞI


20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunub

A+ A

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümü geniş şəkildə qeyd olunur.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyinin, YAP Səbali rayon təşkilatı sədrinin, respublika “20 Yanvar” cəmiyyəti, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə bu rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olan sakinlərlə görüş keçirilib. Bu barədə AZƏRTAC-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş Sovet ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlillərə daim diqqət və qayğı göstərib. İcra başçısı ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Prezident İlham Əliyevin daim qayğı ilə yanaşdığını vurğulayıb.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək 1990-cı il yanvarın 20-də Sovet ordusunun paytaxt Bakıda və bölgələrdə törətdiyi misli görünməmiş qırğınlar barədə məlumat verib. Vurğulayıb ki, 20 Yanvar faciəsinə ilk hüquqi qiyməti məhz ulu öndər Heydər Əliyev verib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlillərə qayğısını əsirgəmir.

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi yardım göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.