20 Yanvar faciəsində göstərilən qəhrəmanlıq və xalqın birliyi hamıya örnəkdir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində unudulmaz bir gündür. Azərbaycan milləti özünün müstəqilliyini qorumaq, saxlamaq üçün tarixən bunun əleyhinə olan qüvvələrə qarşı çıxdı və sübut etdi ki, o hər şeyə qadirdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İqtisad Universitetinin dosenti Əli Hacıyev deyib.
Əli Hacıyev qeyd edib ki, Azərbaycan xalqı 20 Yanvar faciəsində çoxlu şəhid verdi, eyni zamanda, həmin gün tariximizin şərəf və qəhrəmanlıq səhifəsinə çevrildi. Azərbaycan xalqı bununla ucaldı. Hər il olduğu kimi bu gün də millətimiz öz şəhidlərini yad etməyə gəlib. Bu, bir daha onu göstərir ki, Azərbaycan milləti vahiddir. 20 Yanvar faciəsində göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyi hamıya örnəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]