QAN YADDAŞI


20 Yanvar faciəsini unutmağa haqqımız yoxdur

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Heydər Əliyev lektoriyasının növbəti məşğələsi 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunub.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə faciənin şahidlərindən olan universitetin dosenti Məhərrəm Zülfüqarlı həmin gün Azərbaycan xalqının Ermənistandakı tarixi ata-baba yurdlarından 250 min soydaşımızın deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq ayağa qalxdığını deyib. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq məqsədilə imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi və əliyalın əhaliyə divan tutdu.

Bildirilib ki, azadlığı, vətən sevgisini şərəf bilən soydaşlarımız 27 il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına vəsilə oldular. Tarix qəhrəmanlıq səhifələrini təmənnasız yazanlara borcludur. Bu baxımdan həmin gecəni unutmağa, unutdurmağa haqqımız yoxdur.

Digər çıxış edənlər də diqqətə çatdırıblar ki, faciəyə hüquqi-siyasi qiymətin verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.