QAN YADDAŞI


20 Yanvar faciəsinin 27-ci ildönümü Bişkekdə qeyd olunacaq

Bişkek, 13 yanvar, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyi 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anma mərasimi təşkil edəcək.

Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillər və kitab sərgisi ilə tanış olacaqlar.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 20 Yanvar faciəsinin səbəbləri haqqında danışacaq, “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdiriləcək.

Səfirlik tərəfindən Qanlı Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan digər tədbirlər də keçiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.