Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar qırğınında erməni əli və ya Moskvaya 20 Yanvar tapşırıq-mesajı hələ bir həftə əvvəl Yerevandan verilmişdi

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı 20 Yanvar ərəfəsində daşnakların parlament səviyyəsində “hiyləgərlik diplomatiyası” yalanı M.Qorbaçova həqiqət kimi təqdim etməyi bacarmışdı. Lakin o zaman sayıq və tədbirli olmağı bacarmayan Azərbaycan rəhbərliyi, onun “diplomatiyası” hətta xalqımızın başına gətirilən ağır faciə və müsibətləri – acı, dəhşətli həqiqətləri belə həqiqət kimi tanıda biməmişdi.

...Həmin dəhşətli qırğının baş verə biləcəyini ən pis, pessimist ehtimalla belə düşünmədiyimiz ərəfədə rəsmi Bakı arxayınçılıqla, anlaşılmaz bir xülya ilə “möcüzə” gözləməkdə idi. Yerli hakimiyyət belə bir qənaətdə idi ki, Moskva hökmən Ermənistana, Yerevana qoşun yeridəcək. Çünki Dağlıq Qarabağ ətrafında hadisələr elə gərgin şəkil almışdı ki, nəinki mərkəzdə, hətta Ermənistanda da bunun qaçılmaz olduğunu düşünənlər az deyildi. Belə ki, 1989-cu ilin son və 1990-cı il yanvarın ilk günlərində ermənilər Qarabağda yalnız azərbaycanlılara deyil, sovet-rus hərbçilərinə qarşı da hücum və təxribatları xeyli genişləndirmişdilər. Erməni faşistləri tərəfindən həmvətənlərimizlə yanaşı, rus hərbçilərinin girov götürülməsi, amansızcasına qətlə yetirilməsi, kəndlərimizin dağıdılıb-məhv edilməsi, həmvətənlərimizə vəhşicəsinə divan tutularaq öldürülməsi, diri-diri yandırılması, mühüm obyektlərin, o cümlədən dəmir yollarının, körpülərin partladılması və s. hallar artmış, Ermənistanda və Qarabağda ruslara, Kreml rəhbərliyinə qarşı etirazlar, ixtişaşlar daha da güclənmişdi.

Ermənilər Dağlıq Qarabağın Azərbaycandan “alınıb” Ermənistana verilməyəcəyi təqdirdə Moskvanı SSRİ-nin tərkibindən çıxmaqla hədələyir, hətta bunun nümayişkaranə təsdiqi olaraq “Hayastan”ın Amerikanın yeni - 51-ci ştatı kimi qəbul edilməsi üçün ABŞ Prezidentinə müraciət də etmişdilər (hiyləgərliyə, “sabunsuz” diplomatiyaya bir baxın! Bu, ancaq xəyanətkar və hiyləgər erməni düşüncəsinin “bəhrəsi” ola bilərdi. SSRİ tərkibindən ayrılmaq istəyən, müstəqillik uğrunda mübarizə aparan heç bir digər xalqın – nə litvalıların, nə estonların, nə də biz azərbaycanlıların, hətta daha radikal olan gürcülərin də ağlına belə bir “orijinal ideya” gələ bilməzdi).

Bəs nə üçün ermənilərin özlərinin də sovet qoşunlarının Yerevana hücumunu gözlədiyi halda birdən-birə hər şey gözlənilənlərin əksinə olaraq məhz onların xeyrinə, Azərbaycanın isə növbəti dəfə faciəsinə səbəb olan tamam başqa xarakter aldı – qoşun Yerevana yox, Bakıya yeridildi?!

O zaman daşnakların 1988-ci ilin fevralında “uğurla” sınaqdan keçirdikləri “Sumqayıt ssenarisi” 1990-cı ilin ilk günlərində Bakıda da tətbiq olunmuşdu. Çünki Sumqayıtda olduğu kimi, Bakıda da həmin günlərdə gəncləri ermənilərə divan tutmağa, “qisas” almağa səsləyən neçə-neçə “qara plaşlılar” – erməni emissarları peyda olmuşdular. Azərbaycanca sərbəst danışan (onlar Bakı erməniləri olan daşnaklar idi) həmin “qara plaşlılar” gənclərimizi ermənilərə qarşı barışmaz olmağa çağırır, qətllər törətməyə, onları paytaxtdan qovmağa sövq etməyə çalışırdılar. Ermənilər Moskvanı bu hadisələri azərbaycanlıların törətdiklərinə inandıra, bunu mətbuatda kütləviləşdirməyə, siyasiləşdirməyə, dünya ictimai fikrini öz mənafeləri naminə dəyişdirməyə nail ola bildilər. Bizim o zamankı “durbinsiz diplomatiyamız”ın uzaqgörməzliyi, vətənpərvərlik ideyası ilə deyil, “qoz-fındıq” düşüncəsi ilə hərəkət edən respublika rəhbərliyinin siyasi diletantlığı, yalançı, həm də yabançı “kosmopolitizmi”, loyallığı şəraitində bu, ermənilər üçün heç bir çətinlik törətmirdi.

1987-1990-cı illərdə mən Azərbaycan KP MK-nın “Vışka” qəzetinin Naxçıvan muxtar respublikası və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri işlədiyimdən ermənilərin niyyətlərini və bizim haqqımızda fikirlərini öyrənmək, Qarabağ “münaqişə”si ilə bağlı onların, həmçinin Moskva jurnalistlərinin yazılarını izləmək məqsədi ilə o zaman Rusiyanın “Pravda”, “İzvestiya”, “Trud” qəzetləri ilə yanaşı, Ermənistanın rusca nəşr olunan “Kommunist” qəzetinə də abunə yazılmışdım. Bu qəzetin 1990-cı il 14 yanvar tarixli nömrəsinə nəzər yetirərkən ermənilərin Qarabağ məsələsində nə dərəcədə tədbirli olduqlarına, saxtakarlıq “dühalarına” heyrətlənməklə yanaşı, onlara hələ qədim dövrlərdən xas olan saxtakarlıqlarını nədənsə bu dəfə böyük bir “səhv”ə yol verərək gizlədə bilmədiklərini, özlərini açıq-aydın ifşa etdiklərini, yırtıcı, iblis maskalarının arxasında necə gizləndiklərini görə bildim. Yol verdikləri həmin səhvlə onlar bizə - Azərbaycana dünyaya danılmaz bir şəkildə bəyan edə bilməyimiz üçün nə cür “nadir bir şans” verdiklərini, çox qəribə də olsa, nədənsə ağıllarına gətirməmişdilər. Bəlkə də sonradan duyuq düşmüşdülər, erməni imicinə (əslində - murdar xislətinə) zərbə vurmuş qəzet redaktorunu və məsul katibi “erməniliyə yaraşmayan” siyasi səhlənkarlığa görə işdən də çıxarmışdılar. Ancaq bu, doğrudan da ermənilərin sayıqlığı əldən verdikləri çox nadir bir haldır.

Məsələ ondadır ki, qəzetin həmin nömrəsinin eyni səhifəsində, lap yuxarı hissəsində əsas informasiya olaraq SSRİ-nin satqın rəhbəri, başıbəla, xəyanətkar M.Qorbaçova ünvanlanmış rəsmi müraciətdə Ermənistanın 11-ci çağırış Ali Sovetinin sessiyasının “işində” fasilə verilməsi erməni hiyləgərliyi ilə, saxtakarlıqla bir cür yozulur, sessiya haqqında elə həmin səhifənin aşağısında dərc olunmuş rəsmi məlumatda isə tamam başqa cür - olduğu kimi əsaslandırılırdı.

“Armenpress”in rəsmi informasiyasında sessiya haqqında məlumatın sonunda qeyd olunur ki, deputat komissiyalarının “bəzi məsələlər” üzrə hazırlıq işlərinə yekun vurulması, Ermənistan SSR-in konstitusiyasına dəyişiklik edilməsi üçün təkliflərin hazırlanması məqsədilə Ermənistan SSR Ali Sovetinin sessiyasında fasilə elan edilmişdir. Həmin informasiyada Qarabağ və Ermənistan-Azərbaycan münasibətləri barədə bircə kəlmə də işlədilməmişdir.

Lakin bunun tam əksinə olaraq keçmiş SSRİ Ali Sovetinin bədnam sədri M.Qorbaçova ünvanlanmış müraciətdə Bakıda, eləcə də keçmiş Xanlar rayonunda, Azat, Getaşen və Kamo kəndlərində guya ermənilərin qırğınlara məruz qaldığı əsas gətirilərək, Ermənistan Ali Sovetinin sessiyasının öz işini dayandırmağa məcbur olduğu iddia edilir. Sonra da M.Qorbaçovdan “ermənilərin təhlükəsizliyinin təmin edilməsi, katastrofik nəticələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi” xahiş edilir. Bu, dövlət səviyyəsində, açıq-aşkar bir saxtakarlıqla Ermənistan SSR Ali Soveti tərəfindən edilən və təəssüf ki, təsirsiz ötüşməyən bir təklif olmuşdu.

Budur erməni hiyləgərliyi, analoqu olmayan erməni saxtakarlığı! “Katastrofik nəticələrin baş verməməsi” deyəndə, heç şübhəsiz ki, ermənilər də, elə M.Qorbaçov özü də bunun ermənilər üçün baş verməməsini nəzərdə tuturdular. Yoxsa, anormal yox, normal bir dövlət başçısı bütün varlığı-yoxluğu yalan, saxtakarlıq, yaltaqlıq və qeyri-ermənilərə qarşı qətl və təxribatdan ibarət olan nankor, satqın ünsürlərə görə Bakı kimi qədim, beynəlmiləl bir şəhərə qoşun yeridib, onun günahsız oğul və qızlarını al qanına qəltan edərdimi, guya qarşısını almaq istədiyi “katastrofik nəticələrin” daha ağır və daha “katastrofik”, dəhşətli formada baş verməsinə yol verərdimi?!

Qəzet 14 yanvar 1990-cı il tarixli olsa da, təbii ki, çapa bir gün əvvəl - ayın 13-də hazırlanmışdı və köməkçisi keçmiş Bakı ermənisi G.Şahnazarov olan M.Qorbaçova da elə həmin gün çatdırılmışdı. Məhz o gündən etibarən, ermənilərin xahiş etdikləri kimi - “təxirə salınmadan” Bakıya hücum hazırlığına başlanılmışdı. Qarşıdakı 6-7 gün bunun üçün kifayət idi və yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtında dəhşətli qırğın törədildi.

...Bu, növbəti qırğın idi. Qədim yurd yerlərimiz Göyçə və Zəngəzurdan, Əskərandan başlayaraq, Bağanis-Ayrımda, Əskiparada, Daşaltıda, Malıbəylidə və neçə-neçə el-obamızda respublikamızın bacarıqsız, Moskva qarşısında mütilik göstərən o vaxtkı qorxaq rəhbərlərinin qətiyyətsizliyi, prinsipsizliyi, xalqa xəyanətləri üzündən baş vermiş müdhiş bir qırğın...

Ermənilər 20 Yanvar faciəsinin təşəbbüskarları olduqlarını heç zaman inkar edə, qətiyyən dana bilməyəcəklər. Çünki Ermənistan “Kommunist”inin 14 yanvar 1990-cı il tarixli nömrəsi əsrlər boyu davam edən erməni riyakarlığının, saxtakarlığının inkaredilməz dəlil-sübutu kimi arxivlərdə qalmaqdadır.

Rəhman Orxan

Azərbaycanın Əməkdar Jurnalisti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib