QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib

Brüssel, 19 yanvar, AZƏRTAC

Belçikanın Vaterlo şəhərində, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsinin önündə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrinin iştirak ediblər.

Səfir Fuad İsgəndərov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib. O, sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib. Bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirən səfir doğma Vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, xalqımızın yaddaşına müstəqillik rəmzi kimi həkk olunmuş 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağına əminlik ifadə edib.

Sonda tədbir iştirakçıları tərəfindən abidənin önünə əklil qoyulub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.