QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Şabrandakı Şəhidlər xiyabanında anılmışdır VİDEO
Şabran, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Şabran şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılmışdır.
AZƏRTAC xəbər verir ki, xiyabana toplaşan rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin çoxsaylı nümayəndələri faciə qurbanlarının xatirəsini yad etmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının məzarları üzərinə gül dəstələri düzmüşlər.
Mərasimdə qeyd olunmuşdur ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş xüsusi hərbi hissələr dinc, əliyalın əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, yüzlərlə insan, o cümlədən uşaqlar və qadınlar, qocalar qətlə yetirilmişdir. Çıxış edənlər qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı uğrunda mübarizənin şanlı tarixi olduğunu söyləmişlər.
Mərasimdə qeyd olunmuşdur ki, tezliklə Şabranda torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinə abidə ucaldılacaqdır.