SİYASƏT


20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə məntəqələrdə yüksək fəallıq hiss olunur

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə edən 33 seçki məntəqəsində referendumla bağlı səsvermədə yüksək fəallıq hiss olunur. Məntəqələrin hamısı bütün zəruri texniki avadanlıqla təmin edilib, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə seçki komissiyasında 44615 seçici qeydiyyata alınıb. Habelə referenduma beş gün qalmış əlavə olaraq 3 müvəqqəti məntəqə (yəni 34, 35, 36 saylı) açılıb.

Məntəqə seçki komissiyalarında müşahidəçilər səsvermə prosesinin gedişini izləyirlər. Xarici və yerli kütləvi informasiya vasitələri səsvermənin işıqlandırılmasında iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.