Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar faciəsi – xəyallarla gerçəkliyin toqquşması

20 Yanvar faciəsi – xəyallarla gerçəkliyin toqquşması

Bakı, 20 yanvar, AZƏRTAC

Ötən əsrin 80-ci illərində Sovet İttifaqı ərazisində qarşısıalınmaz təlatümlər yaşanmağa başlamışdı. Yetmiş ilə yaxın müddətdə kommunizmin qurulacağına inanan sovet cəmiyyəti getdikcə kommunizm haqqındakı xülyadan daha çox uzaqlaşır, siyasi sistemin durğunluq, çürümə və iflas mərhələlərini sürətlə addımlayırdı. Sovet ideologiyasının sükanı arxasına keçən Mixail Qorbaçovun islahatlar və yenidənqurma ideyasının da artıq bu siyasi sistemi xilas edə bilməyəcəyi görünməkdə idi. Tarixin bu həlledici zamanında vaxtilə silah gücünə sovet çətiri altına gətirilmiş xalqların düşüncəsində milli dirçəliş ruhu oyanmaqda və əsarətdən qurtuluş imkanları axtarılmaqda idi. Kreml də prosesləri anlayır və hər vəchlə qarşısını almaq üçün yollar arayırdı. Lakin Kremlin diplomatiya arsenalında sovet rejiminin icad etdiyi milli münaqişə ocaqları yaratmaq və xalqlar arasında düşmənçilik salmaqla onların milli azadlıq mübarizəsini silah yolu ilə boğmaqdan başqa bir üsul yox idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “20 Yanvar faciəsi - xəyallarla gerçəkliyin toqquşması” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Cənubi Qafqazda bu siyasəti həyata keçirmək daha asan idi. Çünki burada hələ 70 il əvvəl Rusiyanın özü tərəfindən yaradılmış və Rusiya maraqlarının forpostu rolunu oynayan Ermənistan adlı əlaltısı var idi. Kremlin əmri ilə Azərbaycan torpaqlarına qarşı təcavüz planını işə salan ermənilər onun oyununda qurban olacaqlarının fərqində deyildilər. Sovet imperiyasını təşkil edən digər xalqlardan fərqli olaraq, onlar hələ də Kremlin mifik qüdrətinə inanır və onun vasitəsilə 100 ildən çox qurmağa hazırlaşdıqları “böyük Ermənistan” xülyasını yaxın gerçəklik kimi görürdülər. Bir tərəfdən siyasi-iqtisadi sistemin çökməsi ilə ağır sosial şəraitlə üz-üzə qalmış Azərbaycanın digər tərəfdən torpaqlarının da işğal olunması təhlükəsi yarananda xalq “olum və ya ölüm” dilemması qarşısında qalmışdı. Lakin xalq nə ölümdən, nə də olumdan geri çəkilmədi, ölərək Vətəni qorumaq, ölərək ata-baba torpaqlarında daimi olmaq uğrunda mübarizəyə qərar verdi.

Moskva onun imperialist dayaqlarını laxladan belə bir cəsarəti qəbul edə bilməzdi və Azərbaycan xalqının haqlı tələblərini təmin etmək əvəzinə, onu qan gölündə boğmaq qərarını verdi. Bu qərarın özü də namərdcəsinə gizlində və gözlənilməz şəraitdə qəbul olundu. Yanvar ayının ortalarında artıq SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmiş, Qala və “Nasoslu” aerodromlarında, Respublika Stadionunda və Salyan kazarmasında yerləşdirilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun əmri ilə əhaliyə heç bir xəbərdarlıq edilmədən SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Fövqəladə vəziyyət yanvarın 20-də saat 00:00-da elan olunmasına baxmayaraq, qoşunlar 3 saat əvvəl - yanvarın 19-da saat 21:00-da artıq dinc nümayişçilərin üstünə yerimiş və mülki əhalinin qətlinə başlamışdı. Əməliyyata rəhbərliyi SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin elan olunması ilə bağlı rəsmi məlumat isə kütləvi insan qırğını törədildikdən sonra yəni, yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak tərəfindən efirə verilmişdi. Fövqəladə vəziyyət yalnız Bakı şəhərində elan edilməsinə baxmayaraq, sovet qoşunları yanvarın 25-də və 26-da Neftçalada və Lənkəranda da 8 nəfəri qətlə yetirmişdi. Hadisələr nəticəsində respublikada ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Lakin Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə, sovet imperiyası əvvəlcə Azərbaycanda və daha sonra bütün SSRİ ərazisində özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.

Sovetlər dövlətinin bütün ərazisində mərkəzi hakimiyyətə nifrət qazandıran və xalqın azadlıq naminə öz həyatını belə əsirgəmədiyi Qanlı 20 Yanvar gecəsinin qısa tarixçəsi bundan ibarətdir. Bu tarixin içərisində kommunist ideologiyasının antibəşəri xisləti və sovet imperializminin sivil insanlıq cəmiyyətinə xas olmayan vəhşi təbiəti, qəddar sifəti var. Bu tarixçədə əsrlər boyu davam edən erməni xəyanəti, erməni namərdliyi var. Bütün bunlarla yanaşı, bu tarixçədə Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmi, öz haqqını qorumaq uğrunda hər an ölümə belə getməyə hazır olmaq şərəfi var. Həmin gecə vəhşicəsinə qətlə yetirilən Azərbaycan xalqı olmadı. Dinc insanların üzərindən keçən tankların tırtılları altında qalan sovet dövlətinin varlığı və mövcudluğu oldu. Həmin gecə vəhşicəsinə güllələnən Azərbaycan xalqı deyildi, ermənilərin “böyük Ermənistan” arzuları idi. Odur ki, bu qətliamdan sonra da xalqın azadlıq mübarizəsi bir an belə səngimədi, ölkə azadlığa da qovuşdu, torpaqlarını da vuruşaraq özünə qaytardı. Odur ki, bu gün Azərbaycan xalqı alnıaçıq yaşamaqda və öz xoşbəxt gələcəyini qurmaqda davam edir. Amma nə sovet dövləti var, nə də “böyük Ermənistan”. Onların heç biri bir daha olmayacaq - nə xəyallarda, nə də gerçəklikdə”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ-nin müdafiə nazirləri Sinqapurda görüşəcəklər

Fatih Birol: COP29 üzrə danışıqlar təmiz enerjiyə investisiyaların həcmini artırmağa kömək etməlidir

Azərbaycanın Gürcüstandakı səfiri iranlı həmkarına başsağlığı verib

Çində keçmiş məmura rüşvətə görə ömürlük həbs cəzası verilib

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Polşada Avropa tarixinə dair zəngin material verən dəfinə tapılıb

"Sərhədsiz incəsənət" sərgisi açılıb

Srebrenitsa soyqırımının şahidləri BMT-nin qətnaməsini alqışlayırlar

Milli Oftalmologiya Mərkəzi Yevlax sakinləri ücün tibbi aksiya keçirəcək

Tayani: İtaliya Serbiyanın Aİ-yə üzv olmasını dəstəkləyəcək

Kubada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Elmin populyarlaşdirilmasi istiqamətində növbəti mühazirə oxunub

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib

Naxçıvan məhsulları “Russia Halal Expo 2024” sərgisində nümayiş olunub

Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib

Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb

"Sabah"ın baş məşqçisi: Oyunçularım komanda şəklində mübarizə apardılar

"Avro-2024": Türkiyə millisinin geniş heyəti açıqlanıb

Bakıda Gürcüstanın milli bayramı qeyd olunub

Avroliqada “Dördlər finalı”: "Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!