Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetinin əməkdaşları İstanbul Gedik Universitetində təcrübə keçiblər

Bakı, 19 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları - Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə məqsədilə Türkiyədə səfərdə olublar.

MDU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində MDU heyəti İGÜN Himayədarlar Şurasının rəhbəri Hülya Gedik, rektor Nihat Akkuş və prorektor Ahmet Kesiklə görüşüblər. Görüşlərdə qardaş ölkələrin tərəfdaş ali təhsil müəssisələrinin akademik və inzibati heyət üzvlərinin bir arada olmasından məmnunluq bildirilib, təlim və təcrübə proqramının hər iki universitet arasında işbirliyinin inkişafına mühüm töhfə verəcəyinə və qarşılıqlı faydalı olacağına əminlik ifadə edilib. İkitərəfli əməkdaşlığın potensial istiqamətlərinin müzakirəsi ilə davam edən görüşlərdə təlim və təcrübədən əsas gözləntilər diqqətə çatdırılıb və proqramın daha səmərəli reallaşdırılması məqsədilə müvafiq təkliflər razılaşdırılıb.

Proqrama uyğun olaraq MDU əməkdaşları, əvvəlcə, İGÜN-ün kitabxanası və elektron kitabxana sistemi ilə tanış olublar, kitabxana fondunun zənginləşdirilməsi, tələbə və müəllim kollektivinin müvafiq ədəbiyyatlarla təminatının təşkili, kitablara marağın artırılması istiqamətində təbliğat və təşviqatın həyata keçirilməsi və digər fəaliyyətlərlə bağlı məlumatlar əldə ediblər və təcrübələrini bölüşüblər.

Sonra universitet idarəçiliyi sahəsində təcrübə mübadiləsi məqsədilə İGÜN-ün müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada MDU heyəti üzvləri təmsil etdikləri universitetin tarixi, missiyası, strateji hədəfləri, fəaliyyət istiqamətləri və struktur bölmələri haqqında təqdimat göstəriblər. İGÜN-ün ümumi işlər üzrə katibi Gülperen Kordel, maliyyə işləri üzrə bölmə rəhbəri Volkan Oğuzdeğer, kadr sahəsi üzrə bölmə rəhbəri Hülya Elibol, strateji inkişaf üzrə bölmədən Nilgün Korumaz və tələbələrlə iş üzrə bölmədən Müzeffer Genu çalışdıqları strukturların fəaliyyəti barəsində məlumat veriblər və idarəetmənin müvafiq aspektləri ilə bağlı təcrübələrini paylaşıblar. Müzakirələrlə davam edən dəyirmi masada idarəetmənin səmərəliliyi və effektivliyinin artırılması, onun strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından tərəfdaş universitetlər arasında təcrübə mübadiləsinin davamlılığının önəmi vurğulanıb və bu istiqamətdə müvafiq təkliflər irəli sürülüb.

Növbəti gün Gedik Holdinqin inzibati binasında görüş təşkil olunub. Görüşdə İGÜN-ün Mühəndislik fakültəsinin dekanı Ahmet Karaaslan, holdinqin Test Mərkəzinin müdiri Uğur Gürol və proqram direktoru Fereh Görgülü ikili diplom proqramı, mühəndislik profilinə uyğun ixtisasların tədris proqramlarının təkmilləşdirilməsi, texniki fənn laboratoriyalarının qurulması, beynəlxalq standartlara uyğun mühəndislik kurslarının təşkili və akkreditə olunmuş sertifikat proqramlarının tətbiqi məsələlərindən danışıblar. Bununla yanaşı, İGÜN-ün Mühəndislik fakültəsində kadr hazırlığı həyata keçirilən ixtisaslar, fənn laboratoriyaları, tədqiqat, araşdırma və təkmilləşdirmə mərkəzlərinin fəaliyyəti barədə məlumatlar təqdim edilib. Daha sonra, əməkdaşlığın potensial istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, ortaq konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi, təlim-təcrübə proqramları, onlayn mühazirələr və ustad dərslərin təşkilinin mümkünlüyü bildirilib, Gedik Holdinqin Azərbaycanda fəaliyyət göstərən şirkətində MDU tələbələrinin təcrübə keçməsi imkanları nəzərdən keçirilib.

Görüşdən sonra MDU təmsilçiləri Gedik Holdinqdə fəaliyyət göstərən və sənaye istehsalında mühüm əhəmiyyətə malik “Qaynaq tətbiqləri”, “Miktoqrafik analiz”, “Rentgenoqrafik analiz”, “Kimyəvi analiz” və “Araşdırma və təkmilləşdirmə” laboratoriyalarının iş prosesi ilə yaxından tanış olublar.

Bundan əlavə, İGÜN-ün peşə kollecinə infotur təşkil olunub. Kollecin rəhbəri Şakir Dinçşahinin müşayiəti ilə MDU əməkdaşları “Təzyiqli buxar qazanları operatoru”, “Nəzarət və avtomatika”, “Elektrik və elektronika”, “Mexanika”, “Kimya” və “Qrafiki dizayn” laboratoriyalarının fəaliyyətini izləyiblər.

Sonrakı günlərdə Gedik Holdinqin nəzdində fəaliyyət göstərən “Poladtökmə”, “Termo klapan” və “Qaynaq” zavodları ziyarət olunub. Ziyarət zamanı universitet təmsilçiləri hər üç müəssisənin istehsal prosesini müşahidə ediblər, onların fəaliyyəti, struktur bölmələri, məhsulları və keyfiyyətə nəzarət işləri barəsində məlumatlandırılıblar.

Proqramın sonunda İGÜN rəhbərliyi ilə yekun görüş keçirilib. Görüşdə təlim və təcrübə ilə bağlı təəssüratlar bölüşülüb, əldə edilən nəticələr və perspektiv gözləntilər barədə fikir mübadiləsi aparılıb. Təcrübə üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edən MDU əməkdaşları göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər, bu istiqamətdə davamlı fəaliyyətlərin və qarşılıqlı səfərlərin önəmini vurğulayıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da bütün istiqamətlər üzrə universitet fəaliyyətinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi məqsədilə qabaqcıl xarici ali təhsil müəssisələrinin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilir. 2021-ci ildən etibarən MDU-nun İGÜN ilə davam edən əməkdaşlıq əlaqələrində təcrübə mübadiləsi məqsədilə müxtəlif formatlı birgə fəaliyyətlərin həyata keçirilməsi əsas istiqamətlərdən birini təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib