REGİONLAR
Xızılı şagirdlər respublika incəsənət festival-müsabiqəsinin rəsm nominasiyasında uğur əldə ediblər
Sumqayıt, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Xızı rayon C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin Şorabad qəsəbə Sənətkarlıq evində fəaliyyət göstərən rəsm kursunun şagirdləri daha bir uğura imza atıblar.
İdarədən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin əmri ilə məktəblilər arasında "Könlüm keçir Qarabağdan" adlı üç mərhələdən (region, zona, respublika) ibarət respublika incəsənət festival-müsabiqəsi keçirilib.
Nəticələrə əsasən rəsm kursunun şagirdi Aylin Yarbala qızı Zeynallı 11-14 yaş qrupu rəsm nominasiyasında I yer, Fidan Teyyub qızı Babayeva isə 15-17 yaş qrupu üzrə rəsm nominasiyasında II yerə layiq görülüblər.
Qaliblər iyunun 1-də Şuşa şəhərində mükafatlandırılacaqlar.
Şagirdləri müsabiqəyə kursun rəhbəri rəssam Ramin Allahverdiyev hazırlayıb.