Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Baydenin məktubu Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir

Vüqar Rəhimzadə: Baydenin məktubu Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir

Bakı, 21 may, AZƏRTAC

Dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bu günün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Bu gün Azərbaycana olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin təsdiqidir. Azərbaycan 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf, tərəqqi yoluna çıxdı, xalqın sabaha ümidləri artdı, biri-birini əvəzləyən uğurların fonunda torpaqlarımızın da işğaldan azad ediləcəyinə böyük əminlik yarandı. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın 2020-ci ildə yaşadığı Zəfər sevinci və bu ruhda artıq ilyarımdır ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri müstəqil siyasət yürüdən ölkəmizin böyük uğurlarıdır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını göstərərkən İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas amillərdən biri kimi Prezident İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki, bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 28 May - Müstəqillik Günü ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu ilə bağlı açıqlamasında bildirib.

Vüqar Rəhimzadə deyib ki, Birləşmiş Ştatların lideri enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini növbəti dəfə bəyan edib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi, təbii resurslarımızdan səmərəli istifadəni təmin etmək məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasında göstərdiyi səylər bugünkü reallıqlarımızda öz sözünü deyir. Buna əmin olmaq üçün son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP-ın, 2020-ci ilin dekabrında isə TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizinin reallaşdırılması uğurlu sonluqla başa çatdı. Xüsusi vurğulamaq lazımdır ki, 2017-ci ildə yeni “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji diplomatiyasının əsas uğurları sırasındadır. Sevindirici haldır ki, artıq bu gün dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünya miqyasında təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır və nüfuz qazanır, etibarlı tərəfdaş kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirir. Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atdığı addımlar ABŞ rəsmiləri tərəfindən də təqdir edilir və onların reallaşdırılmasına dəstək göstərilir.

“ABŞ Prezidentinin məktubunda Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr də təqdir edilir”, - söyləyən baş redaktor vurğulayıb ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə olaraq daim dünya miqyasında belə qanlı aksiyalara qarşı aparılan mübarizənin önündədir və bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktına ilk münasibət bildirən Azərbaycan dövləti olub. Həmin hadisənin baş verdiyi zaman ulu öndər Heydər Əliyev dərhal Azərbaycanın terrorizmlə mübarizənin önündə olduğunu bəyan etdi və bütün dövlətləri bu işdə fəal iştirak etməyə çağırdı. ABŞ hökuməti ölkəmizin bu dəstəyini yüksək qiymətləndirdi. Onu da qeyd edək ki, işğalçı Ermənistan həmin qanlı terror aktına laqeyd münasibət bəsləmişdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlətinin uğurlu siyasəti, eyni zamanda, ABŞ-da baş verən həmin terror aktı rəsmi Vaşinqtonun ölkəmizlə bağlı xarici siyasətində dəyişikliklərə yol açdı. ABŞ hökuməti 1992-ci ildə Amerika Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktına” 907-ci düzəlişin ədalətsizliyini etiraf edərək, onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. 2001-ci ildən bu qərar hər il yenidən təsdiqlənir. Bu mühüm məqamın özü də Azərbaycan-ABŞ münasibətlərinin inkişafının, ölkəmizin uğurlu və müstəqil xarici siyasətinin göstəricisidir.

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin siyasi kursunu son 19 ilə yaxın müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi dövlətimizin başçısının əsas hədəflərindən idi. Prezident İlham Əliyevin “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” fikirləri 2003-2020-ci illərin torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi dəyərləndirilməsini təsdiqləyir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə göndərilib, postmünaqişə dövrünün reallıqlarının qəbulu hazırkı dövr üçün prioritetdir. ABŞ Prezidentinin məktubunda bu məqam xüsusi yer alır ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə geniş imkanlar açacağı qənaətindədir. ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir. Birləşmiş Ştatlar hazırkı vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi dəyərləndirir. Təbii ki, bu yanaşmalar və qənaətlər ABŞ-ın birmənalı olaraq tarixi Zəfərimizin regionda yaratdığı yeni reallıqları qəbul etməsi, dəstəkləməsi kimi qəbul edilməlidir. Eyni zamanda, çağdaş dünyamızda cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə alsaq məktubda Amerikanın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin bir daha aydın ifadəsini tapdığını görərik. Təbrik məktubunda bu məqam da əksini tapır ki, ABŞ qarşıdakı onilliklərdə də ölkəmizlə münasibətlərini daha da inkişaf etdirmək, əlaqələrini yeni istiqamətlər üzrə genişləndirmək niyyətindədir.

Baş redaktor ABŞ Prezidentinin təbrik məktubunda Azərbaycana verilən dəyəri ölkə Prezidenti İlham Əliyevin yürütdüyü alternativsiz siyasətin yüksək qiymətləndirilməsi, dövlətimizin başçısının şəxsi beynəlxalq nüfuzu ilə əlaqələndirərək deyib: “Xalqımız xoşbəxtdir ki, ölkəsini gələcəyə inamla aparan, gündəlik titanik fəaliyyətində dövlət maraqlarını hər şeydən üstün tutan, dəyişməz mövqeyi, müstəqil siyasəti ilə regionda və dünyada böyük nüfuza sahib olan, cərəyan edən qlobal proseslərdə öz sözünü qətiyyətlə deyən, ədaləti, beynəlxalq hüququ həyata keçirdiyi xarici siyasətin önündə saxlayan, dünyada biri-birinə əks qütbləri bir araya gətirən Prezident İlham Əliyev kimi müdrik Lideri vardır. Eyni zamanda, onu da xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın bütün dövrlər üçün vacib amil olan informasiya mübarizəsində üstünlükləri Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin təqdimatında əhəmiyyətli rol oynayır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO