ORDU
Türkiyənin Milli Müdafiə Nazirliyi: Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır
İstanbul, 22 may, AZƏRTAC
Azərbaycan və Türkiyə hərbçilərinin qardaş ölkədə davam edən birgə təlimləri çərçivəsində Seçilmiş Müşahidəçi Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi tviter səhifəsində yer alan məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır.
Azərbaycan türkü qardaşlarımızla birlikdə Qarsda icra etdiyimiz “Heydər Əliyev-2022” Faktiki Atış Birgə Batalyon İşçi Qrupunun Səhra Təlimi”nin Seçilmiş Müşahidəçi Günü keçirilib.
Məlumatda təlimlərlə bağlı videomaterial da yer alıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul