CƏMİYYƏT
Prokurorluğun bir sıra veteranlarının yubileyləri təbrik edilib
Bakı, 23 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, əməkdaşların və veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün atılan məqsədyönlü addımların davamı olaraq, Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları prokurorluğun veteranı Tağıyev Arzuman Tağı oğlunun və İsmayıllı Rayon Prokurorluğunun əməkdaşları Seyidov Şükür Qafar oğlunun 80 illik, eləcə də Oğuz Rayon Prokurorluğunun əməkdaşları Rəhimov Ağarəhim Hacıbala oğlunun 65 illik yubileyləri münasibətilə onları ziyarət edib hədiyyələr təqdim ediblər. Həmçinin Baş prokurorun və Baş Prokurorluğun kollektivinin təbrikləri və xoş arzuları onlara çatdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, veteranlar prokurorluq əməkdaşları ilə xatirələrini bölüşüb səmimi söhbətlər ediblər və sonda xatirə şəkilləri çəkdiriblər.