CƏMİYYƏT
“Kod Da Vinçi” intellektual oyununun qalibi müəyyənləşib
Bakı, 24 may, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Kod Da Vinçi” intellektual oyunu keçirilib.
Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən oyunun məqsədi gənclərin asudə vaxtının düzgün və səmərəli təşkilidir.
Müxtəlif istiqamətlərdə verilən suallarda əsasən tarixi və vətənpərvərlik mövzularına toxunulub.
Altı komandanın, 25-dən çox gəncin iştirak etdiyi oyunda qalib “İnvicta” komandası olub.
Qeyd olunub ki, gənclərin asudə vaxtlarının düzgün təşkili üçün maraqlı, əyləncəli və öyrədici fəaliyyətlər davam edir.