ELM VƏ TƏHSİL
“Qarabağın incisi – Şuşa” mövzusunda II ümumrespublika rəsm və əl işləri sərgisinin açılış mərasimi keçirilib
Bakı, 27 may, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın incisi – Şuşa” mövzusunda II ümumrespublika rəsm və əl işləri sərgisinin açılış mərasimi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın bölgələrindən müxtəlif yaş qruplarından olan yaradıcı şəxslər öz əl işləri ilə iki kateqoriya - təsviri incəsənət və tətbiqi sənət üzrə müsabiqədə iştirak ediblər. Müsabiqə üç nominasiyada keçirilib.
Münsiflər heyətinin üzvləri - muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, Teatr Muzeyinin direktor müavini Nazim Məmmədov, Tarix Muzeyinin Təsviri materiallar fondunun müdiri Nardanə Yusifova və Əməkdar mədəniyyət işçisi, muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyevanın iştirakı ilə sərgidə nümayiş olunan əl işləri dəyərləndirilib və qaliblər seçilib.
Tədbirdə belə müsabiqələrin davamlı olacağı qeyd edilib.
Seçilən kreativ əl işlərinin müəllifləri, qaliblər mükafatlandırılıb və fəxri fərmanlarla təltif olunublar. Müsabiqənin bütün iştirakçılarına sertifikat verilib.
Layihənin rəhbəri və kuratoru muzeyin əməkdaşı Aynur Babayevadır.
Xatırladaq ki, müsabiqəyə rəsm və əl işlərinin qəbuluna fevralın 24-dən başlanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]