ELM VƏ TƏHSİL
İxtisasartırma proqramları üzrə təlimçilərin bilik və bacarıqları təkmilləşdirilir
Bakı, 29 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı” çərçivəsində təlimlər təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd müxtəlif ixtisasartırma proqramlarında təlimçi kimi fəaliyyət göstərən kadrların təkmilləşdirilməsidir.
Mərkəzin Əlavə təhsilin təşkili şöbəsinin müdiri Aqil Həsənov, Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə və əməkdaşı Lətafət Cütcüzadə tərəfindən keçirilən 18 akademik saatlıq təlim proqramı “Təlimçi portreti”, “Təlimçi bacarıqları” və “Dərs planının hazırlanması” mövzularını əhatə edib.
Təlim iştirakçıları həmin mövzularda müzakirələr aparıb, eyni zamanda, fasilitasiya, təqdimat, ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirib auditoriyanın idarə olunması, dərs planının hazırlanması kimi bacarıqlar üzərində refleksiya aparıblar.