CƏMİYYƏT
Nərimanov rayon könüllülərinin bir qrupunun Lerik rayonuna səfəri təşkil edilib
Bakı, 29 iyun, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Nərimanov rayonunun 20 nəfər fəal könüllüləri üçün Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindən olan Lerik rayonuna səfər təşkil edilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Nərimanov rayonunun könüllülərinə Azərbaycan regionlarının gözəl guşələrini tanıtmaqdır.
Əvvəlcə gənclər Lənkəran rayonunun Xanbulan gölündə olublar. Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir.
Daha sonra Lerik rayonuna çatan gənclər müxtəlif intellektual və əyləncəli oyunlarda iştirak edib, xatirə şəkilləri çəkdiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:21]
Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb
- 24.04.2024 [16:39]