CƏMİYYƏT
Yardımlıda iki tondan artıq narkotik tərkibli bitki məhv edilib
Bakı, 29 iyun, AZƏRTAC
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Alar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 2 ton 490 kiloqram olan 24 min 650 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.