TARİXDƏ BU GÜN


21 NOYABR

A+ A

1992-ci il. Tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradılıb.

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib.

Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib.

 

2007-ci il. Gürcüstanın Tetri-Skaro rayonunda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulması mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin və Gürcüstanın sabiq prezidentləri Abdullah Gül və Mixeil Saakaşvili iştirak ediblər.

 

Noyabrın 21-i Ümumdünya Televiziya Günüdür. 1996-cı il dekabrın 17-də BMT-nin Baş Məclisi noyabrın 21-ni həmin il ilk Ümumdünya Televiziya Forumunun keçirilməsi ilə əlaqədar Ümumdünya Televiziya Günü elan edib. Məqsəd həmin gün televiziya şirkətlərinin dünya, təhlükəsizlik, iqtisadi, sosial inkişaf və mədəniyyətə dair verilişlərini bir-birinə ötürməsini təmin etmək idi.

 

Noyabrın 21-i həm də hər il Ümumdünya Salam Günü kimi qeyd olunur. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərib və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş ediblər. Bu fikir hamı tərəfindən dəstəklənib və 1973-cü ildən etibarən hər il 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]