TARİXDƏ BU GÜN


21 OKTYABR

A+ A

1932–ci il. Azərbaycanın Xalq Şairi Xəlil Rza Ulutürkün doğum günü (1932-1994). “Bahar gəlir”, “Sevən gözlər”, “Məhəbbət dastanı”, “Yeni zirvələrə”, “Taparam səni” və digər əsərlərin müəllifi olan şairin şeirləri bu gün də dillər əzbəridir.
1980-ci il. Azərbaycan müğənnisi, Əməkdar Artist Nəzakət Məmmədova vəfat edib (1944-1980). O, opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib. Müğənni “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb.
1520-ci il. Portuqaliyalı səyyah, tədqiqatçı Ferdinand Magellan tərəfindən Cənubi Amerikanı Antarktidadan ayıran boğaz kəşf edilib. Sonradan bu yer onun şərəfinə “Magellan boğazı” adlandırılıb. Güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır və gəmi heyəti üzərək boğazı keçir. Bununla Magellan tarixdə ilk dəfə Sakit okeanında üzən avropalı olur.

1833-cü il. İsveçli kimyaçı, ixtiraçı, Nobel mükafatının yaradıcısı Alfred Nobel anadan olub (1833-1896). İxtiraçı dinamiti kəşf edib, tüstüsüz barıtın tərkibini tapıb. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görülüb. 1888-ci ildə A.Nobelin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlayıb. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təəccübləndirən və məşhur Nobel mükafatlarının təsis olunması ilə bağlı vəsiyyət qoyub.

 

1879-cu il. Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Edison közərmə elektrik lampası üzərində işlərini başa çatdırıb. Bu gün dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulub. Transmilli korporasiyalar elektrik enerjisinə qənaət və atmosferə karbon qazı tullantılarının azaldılması məqsədilə dünyanın bir çox ölkələrində közərmə lampalarının istehsalı və idxalının qadağan edilməsinə nail olublar. Bu lampaların isə elektrik enerjisinə qənaət edən lampalarla - kompakt lüminessent və işıq diodları ilə əvəz edilməsi tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]