TARİXDƏ BU GÜN


21 SENTYABR

A+ A

1981-ci il. BMT Beynəlxalq Sülh Gününün təsis olunması ilə bağlı qərar qəbul edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Həmin vaxtdan Beynəlxalq Sülh Günü hər il sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2002-ci ildə BMT sentyabrın 21-ni bu gün üçün dəqiq tarix olaraq müəyyənləşdirib. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahının həyətindəki “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü” sözləri yazılıb. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb.
1792-ci il. Fransa Burjua İnqilabı: Milli Konvent ölkədə mütləq monarxiyanın ləğv olunduğunu və respublika üsul-idarəsinin qurulduğunu bəyan edib.
1981-ci il. ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq, bir qadını - Sandra Dey Okonnoru Ali Məhkəmənin sədri vəzifəsinə təsdiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]