CƏMİYYƏT


21 sentyabr - Beynəlxalq Sülh Günüdür

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

21 sentyabr - Beynəlxalq Sülh Günüdür. Bu günün keçirilməsi barədə qərar 1981-ci ildə BMT Baş Assambleyasının 36-cı sessiyasında qəbul edilib.

Assambleyanın 2001-ci ildə yekdilliklə qəbul etdiyi xüsusi qətnamədə sülh gününün məhz sentyabrın 21-də qeyd olunması qərara alınıb.

Məqsəd dünyada xalqlar və dövlətlər arasında sülh ideyalarını yaymaqdır. BMT Sülh günündə bütün ölkələri və xalqları hərbi əməliyyatları dayandırmağa və bu günə həsr olunan aksiyalar təşkil etməyə çağırıb.

Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.