DÜNYA


21 yanvar-Beynəlxalq Qucaqlaşma Günüdür

21 yanvar, AZƏRTAC 

21 yanvar bütün dünyada Beynəlxalq Qucaqlaşma Günü kimi qeyd edilir (International Hug Day).

AZƏRTAC calend.ru saytına istinadla xəbər verir ki, 1986-cı ildə ABŞ-da Milli Qucaqlaşma Günü (National Hugging Day) kimi qeyd olunmağa başlayan bu tarix sonralar bütün dünyada yayılıb. Ənənəyə əsasən bu gün hər kəs, hətta bir-birlərini tanımayan insanlar belə bir-biriləri ilə dostca qucaqlaşır. Gənc olmasına baxmayaraq bu günün kim tərəfindən yaradıldığı, yaranma səbəbi və niyə məhz bu tarixin seçilməsi məlum deyil.

Qeyri-rəsmi məlumatlara görə bu gün tələbələr tərəfindən təsis olunub. Məhz bu gün gənc oğlan və qızlar heç bir səbəb olmadan bir-biriləri ilə qucaqlaşır, müxtəlif fleşmoblar təşkil edirlər.

Psixoloqların fikrincə qucaqlaşmağa cəhd edən insanlar daha çox sevgi, rahatlıq və təhlükəsizlik hissinə ehtiyac duyurlar.

Bayramlaşarkən sizə yaxın insanlarla qucaqlaşmağı unutmayın, bununla onların sizə nə qədər əziz olduqlarını və onlara qarşı hiss etdiyiniz səmimi hissləri sevdiklərinizə xatırlatmış olarsınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.