CƏMİYYƏT
#prokurorluqdanizah: Videoçarxda “Hansı hallar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə əsas verir?” sualı cavablandırılıb VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Bu həştəq altında təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Teymur Aşurov “Hansı hallar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə əsas verir?” sualını cavablandırıb.
Video-izahı izləməklə həmin sualın cavabını öyrənmək mümkündür.