DÜNYA
Tunis hökuməti öz strateji neft məhsulları ehtiyatından istifadə etmək qərarına gəlib
Madrid, 5 iyul, AZƏRTAC
Tunis hökuməti neft məhsullarına olan daxili tələbatı ödəmək üçün strateji neft məhsulu ehtiyatından istifadə etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika və Kömür Sənayesi Nazirliyinin rəsmi nümayəndəsi Rəşid Ben Dali bildirib.
“Bu gün Tunisdə neft məhsullarının çatışmazlığı və Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar olaraq hazırkı maliyyə göstəricilərini nəzərə alsaq, vəziyyətin çox həssas olduğunu görərik”, - deyə Ben Dali vurğulayıb.
B.Dali qeyd edib ki, hazırda Tunisdə neft məhsullarının milli istehsalının sutkada 35 min barel, neft məhsullarının istehlakının sutkada təqribən 90 min barel, Tunis neft emalı sənayesinin istehsal gücü isə sutkada 32 min barel səviyyəsində qiymətləndirilir. Neft məhsullarının istehsalı ilə istehlakı arasındakı fərq sutkada 58 min barel qiymətləndirilir və idxal hesabına ödənilir ki, bu da Tunis hakimiyyətini ölkənin strateji neft ehtiyatından istifadə etməyə məcbur edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid