DÜNYA
Şotlandiyanın birinci naziri ilə Boris Conson arasında müstəqillik referendumu ilə əlaqədar telefon danışığı olub
London, 5 iyul, AZƏRTAC
Şotlandiyanın birinci naziri Nikola Stercen ilə Baş nazir Boris Conson arasında müstəqillik referendumu ilə əlaqədar telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Şotlandiyanın birinci naziri və Milli Partiyasının lideri Nikola Stercen Baş nazirlə keçirmək istədikləri referendum haqqında danışıb.
O, ötən həftə Baş nazirə referendumla bağlı yazdığı məktuba cavab verməyi xahiş edib. B. Conson isə məktuba “vaxtı gələndə” cavab verəcəyini bildirib.
Zəng zamanı B. Conson, həmçinin xanım N. Stercenə Böyük Britaniyanın Ukraynaya hərbi yardıma verdiyi töhfəyə görə təşəkkür edib.
Xatırladaq ki, Şotlandiyanın birinci naziri Nikola Stercen 2023-cü il oktyabrın 23-də yeni müstəqillik referendumu keçirməyi planlaşdırdığını açıqlayıb. O, Baş nazir Boris Consona məktub yazaraq referendumun keçirilməsi üçün ondan rəsmi razılıq alacağını, təkliflərinin qəbul edilmədiyi təqdirdə planla bağlı qətiyyətlə hərəkət edəcəklərini bildirib.