SİYASƏT
Dünya Gənc Türk Yazarlar Birliyi Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatla bağlı bəyanat yayıb
Bakı, 7 avqust, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyi Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Biz Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri bildiririk ki, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi öhdəliyi hər bir dövlətin ən vacib öhdəliklərindəndir.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumunu pisləyirik və bu kimi arzuolunmaz addımları yolverilməz hesab edirik”.