ELM VƏ TƏHSİL
Yüksək bal toplayan abituriyentlər UNEC-i seçirlər
Bakı, 12 avqust, AZƏRTAC
Bu il yüksək bal toplayan abituriyentlər Azərbaycan Dövlət iqtisad Universitetini (UNEC) seçirlər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “UNEC-i tanı” layihəsinin budəfəki iştirakçısı II qrup üzrə ölkə birincisi Aysel Abasova (682.5 bal) olub.
A.Abasova 24 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. O, buraxılış imtahanında 295 bal, II ixtisas qrupu üzrə keçirilən imtahanda isə 384.5 bal toplayıb. Daha sonra Dövlət İmtahan Mərkəzinin Apellyasiya Komissiyasına müraciət edib. Komissiya bunu müsbət dəyərləndirib və 682.5 balla II qrup üzrə ən yüksək nəticə əldə edib.
“UNEC-i tanı” layihəsində iştirak edən A.Abasova maliyyə ixtisası (ingilis dilində) üzrə təhsil alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]