ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində UDİD və Minor proqramlarına sənəd qəbulu aparılır
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi Universitetdaxili İki Diplom (UDİD) və Minor əlavə təhsil proqramlarına sənəd qəbulu aparılır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, UDİD proqramına qoşulmaq üçün tələbənin ayrı-ayrı fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71-100 bal arası olmalıdır. Qeydiyyat maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları üzrə aparılır.
Minor proqramına qoşulmaq üçün isə ÜOMG minimum 65 bal olmalıdır.
Birinci və ikinci kursu bitirən tələbələr Minor proqramına UNEC-in bakalavr səviyyəsi üzrə bütün ixtisasları (23 ixtisas) üzrə qoşula bilər.
Sənəd qəbulu avqustun 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]