ELM VƏ TƏHSİL
UNEC-in Türk Dünyası İqtisad Fakültəsində tələbə qəbulu aparılır
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi tələbə qəbulu həyata keçirir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul biznesin idarə edilməsi, mühasibat, iqtisadiyyat, maliyyə, beynəlxalq ticarət və logistika, marketinq, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə aparılır.