DÜNYA
İtaliyanın ən böyük gölü qurumaq təhlükəsi ilə üzləşib VİDEO
Roma, 16 avqust, AZƏRTAC
Son illərin ən böyük quraqlığının müşahidə olunduğu İtaliyada Qarda gölünün su səviyyəsi minimuma enib.
AZƏRTAC xəbər verir ki, turistlərin mühüm səyahət yerlərindən biri olan Qarda gölü hazırda quraqlıqla mübarizə aparır. Gölə gələn turistlər əvvəlki illərlə müqayisədə çox fərqli mənzərə ilə qarşılaşıblar. Göldəki Sirmione yarımadasını əhatə edən qayalar isə su çəkildikcə ortaya çıxıb.
Qeyd edək ki, aylardır düşən yağıntının minimuma endiyi İtaliyanın şimalına cari ildə yağan qarın səviyyəsi isə 70 faiz azalıb. Bu, çayların qurumasına səbəb olub, kənd təsərrüfatına və sənayeyə ciddi təsir edib.
Ölkənin ən uzun çayı olan Poda isə quraqlıq səbəbindən yaşanan su qıtlığı fermerlərin milyardlarla avro ziyana düşməsinə səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]