REGİONLAR
Salyanda əsas kapitala yönələn investisiyanın 61,1 faizi tikinti-quruculuq işlərinin payına düşüb
Salyan, 16 avqust, Aydın Yavərzadə, AZƏRTAC
2022-ci ilin yanvar-iyun aylarında Salyan rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bir sıra işlər görülüb.
Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 033,1 min manat investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyanın 6 milyon 885,3 min manatı yəni 62,4 faizi dövlət, 4 milyon 147,8 min manatı və ya 37,6 faizi qeyri-dövlət mülkiyyətinə aiddir.
2022-ci ilin birinci yarımilliyində əsas kapitala yönəldilmiş investisiyanın 6 milyon 744,8 min manatını (61,1 faizini) tikinti quraşdırma işləri təşkil edib.