DÜNYA
Türkiyə Prezidenti ilə İsrailin Baş naziri arasında telefon danışığı olub
İstanbul, 18 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri və regional məsələlər dəyərləndirilib.
Prezident Ərdoğan İsrail dövlətinin başçısı İsxak Hersoqun və İsrailin Baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
Qarşılıqlı olaraq elan edilən səfir təyinatı qərarına toxunan Prezident Ərdoğan yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımları atacaqlarını bildirib.
Türkiyə Prezidenti ölkəsi ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı inkişafını dəstəklədiyini ifadə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]